Milli üzvünü öpən federasiya prezidenti futboldan uzaqlaşdırılıb
Yayda qadınlar arasında futbol üzrə dünya çempionatının final matçından sonra keçirilən mükafatlandırılma mərasimində çempion İspaniya yığmasının futbolçusu Cennifer Ermosonu dodağından öpən İspaniya Kral Futbol Federasiyasının (RSFF) prezidenti Luis Rubialesin cəzası açıqlanıb.
Mediasport.az xəbər verir ki, FİFA-nın İntizam Komitəsi federasiya prezidentini üç illik futboldan uzaqlaşdırıb.
Rubiales bu müddətdə milli və beynəlxalq səviyyədə futbolla bağlı bütün fəaliyyətlərdən uzaqlaşdırılıb.
Qeyd edək ki, İspaniya milli komandası finalda İngiltərəyə 1:0 hesabı ilə qalib gələrək dünya çempionu olmuşdu.