Yığmamıza braziliyalının əvəzinə iranlı dəvət edilib - DÇ-2024
DÇ-2024-ün elit-raun mərhələsində növbəti oyununu oktyabrın 11-də Astanada Qazaxıstan yığmasına qarşı keçirəcək futzal üzrə Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
Mediasport.az xəbər verir ki, Bakıdakı matçda sarı vərəqə alaraq cəzalı duruma düşən Felipinyo səfərə aparılacaq heyətdən kənarlaşdırılıb, əvəzində “Neftçi”nin üzvü Amir Şojaei komandaya dəvət olunub.
Baş məşqçi Vitali Borisov Qazaxıstanla oyunda 14 futzalçıldan istifadə edəcək:
Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli;
Oyunçular: Eduardo Borges, Novruz Kazıxanov, Rafael Vilela, Amadeu, Xəzər Ağalızadə, Qabriel Bastos, Maneka, Hadi Ahmadi, Xətai Bağırov, Qallo, Murad Quluzadə, Amir Şojaei;
Qarşılaşma isə oktyabrın 11-də Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.