Çexiya millisinin Azərbaycanla matçlar üçün heyəti açıqlandı
Sentyabrın 19-da və 20-də Azərbaycan millisi ilə yoldaşlıq oyunları keçirəcək Çexiya futzal yığmasının heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, baş məşqçi Marek Kopeçki 14 futzalçıya dəvət göndərib ki, onlardan 2-si qapıçıdır.
Qapıçılar: Mixal Hula, Adam Vondraçek;
Oyunçular: David Drojd, Pavel Drojd, Havrda, Mixal Holi, Adam Knoblok, Tomaş Kaudelka, Kuçta, Kunstner, Maur, Mixal Seydler, Tomaş Vnuk, Radim Zaruba.
Hər iki oyun Zlin şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.