Qubada keçiriləcək beynəlxalq turnirin oyun təqvimi açıqlandı
2-6 sentyabr aralığında Quba şəhərində 12 yaşadək futbolçular arasında "Ulduz Cup" beynəlxalq turniri keçiriləcək.
Mediasport.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Belarus, Gürcüstan, Özbəkistan klubları və Şimali Kipr Türkiyə Respublikası mübarizə aparacaqlar.
A qrupunda Şimali Kipr millisi, "Bunedkor" (Özbəkistan), "Ulduz" FA və Quba OİK, B qrupunda "Dinamo" (Minsk, Belarus), "Saburtalo" (Gürcüstan), "Qarabağ" və "Metak" qüvvəsini sınayacaq.
Saat 12:45-də turnirin ilk oyunu keçiriləcək.
Açılış matçında "Quba" OİK və "Bunedkor" qarşılaşacaq.