Lunyov yığmada? - “Qarabağ”da çox yaxşı çıxış edən Andrey var"
“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinə çağırıla bilər.
Mediasport.az xəbər verir ki, bu barədə yığmanın qapıçılar üzrə məşqçisi Vitali Kafanov Rusiya Futbol İttifaqının mətbuat xidmətinə müsahibəsində deyib.
Mütəxəssis bildirib ki, 32 yaşlı qolkiperin uğurlu çıxışı onların diqqətini çəkib: “Yığmaya namizədlər arasında “Qarabağ”da çox yaxşı çıxış edən Andrey Lunyov da var. O, Avropa Liqasının qrup mərhələsində meydana çıxdığı ilk iki görüşdə qapısının toxunulmazlığını qorumağı bacardı. Lunyov “Neftçi” ilə çempionat qarşılaşmasını da yüksək səviyyədə keçirdi”.
Qeyd edək ki, yay fasiləsində Almaniyanın “Bayer” klubundan ayrılan Andrey Lunyov “Qarabağ”a azad agent kimi keçib.