Məşhur belçikalı FİFA referisi azərbaycanlı hakimlərlə tanış oldu

Məşhur belçikalı FİFA referisi azərbaycanlı hakimlərlə tanış oldu

Milli Komandaların Təlim-Məşq Mərkəzində Elit kateqoriyalı hakim və köməkçi hakimlərin iştirakı ilə təlim-məşq toplanışı keçirilib.

Mediasport.az xəbər verir ki, toplanış ərzində Hakimlər Komitəsinin yeni sədri Frank De Bleekere ədalət təmsilçiləri ilə tanış olub.

Belçikalı rəhbər müxtəlif mövzularda seminarlar keçib və onların fiziki durumlarını yoxlayıb.

Seminarda VAR üzrə belçikalı mütəxəssis Kristof Dyerik də iştirak edib.