Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkü atıldı

Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkü atıldı

UEFA Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Mediasport.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçirilib.

Pley-offa vəsiqə qazanan 16 komanda rəqiblərini tanıyıb.

Konfrans Liqasında əsas mərhələni ilk 8 sırada başa vuran komandalar - "Çelsi" (İngiltərə), “Vitoriya” (Portuqaliya), "Fiorentina" (İtaliya), “Rapid” (Avstriya), “Yurqorden” (İsveç), “Luqano” (İsveçrə), “Legiya” (Polşa) və “Serkl Brügge” (Belçika) mübarizəyə birbaşa 1/8 finalda davam edəcəklər.

Pley-off mərhələsində ilk oyunlar fevralın 13-də, cavab görüşləri 20-də reallaşacaq.


Avropa Konfrans Liqası. Pley-off mərhələsi

“Kopenhagen” (Danimarka) - “Haydenhaym” (Almaniya)

“Omoniya” (Kipr) - “Pafos” (Kipr)

“Gent” (Belçika) - “Betis” (İspaniya)

TSK (Serbiya) - “Yagelloniya” (Polşa)

“Vikinqur” (İslandiya) - “Panatinaikos” (Yunanıstan)

“Selye” (Sloveniya) - APOEL (Kipr)

“Mölde” (Norveç) - “Şemrok Rovers” (İrlandiya)

“Borats” (Bosniya və Herseqovina) - “Olimpiya” (Sloveniya)