Azərbaycanla oyunda 50-yə çatan əfsanəvi Ronaldo tarixə düşdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo Portuqaliya millisinin heyətində tarixi rekorda imza atıb.
38 yaşlı futbolçu AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İslandiya ilə matçda forma geyinməklə yığmadakı oyun sayını 200-ə çatdırıb.
20 ildir millinin şərəfini qoruyan dünyaşöhrətli ulduzun rekordu əlçatmazdır. Tarixdə yığmada 200 matç keçirmiş ikinci futbolçu yoxdur.
Maraqlıdır ki, Ronaldo kiçik yubileyini - 50-ci oyununu 2007-ci ildə Azərbaycana qarşı keçirib. Onun 1-ci oyunu Qazaxıstan (2003), 100-cü matçı Şimali İrlandiya (2012), 150-ci görüşü isə Əlcəzairlə (2018) qarşılaşma olub.
2003-cü ildən Portuqaliyanın uğurları üçün çalışan forvard dünya tarixində millidə bütün turnirlər daxil ən çox qol vuran futbolçudur - 122 qol.
MediaSport.az