Superliqa klubunun prezidenti Elçin Məsiyevi sərt tənqid etdi - VİDEO

Superliqa klubunun prezidenti Elçin Məsiyevi sərt tənqid etdi - VİDEO

Bildiyiniz kimi, Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçı çərçivəsində Rumıniyada keçirilmiş ÇFR - "Adana Dəmirspor" oyununu azərbaycanlı FİFA hakimi Elçin Məsiyev idarə edib.

MediaSport.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan qarşılaşmada təmsilçimizin idarəçiliyi türkiyəliləri özündən çıxarıb.

Adana klubunun prezidenti Mustafa Sancaq oyundan sonra verdiyi açıqlamada Məsiyevi sərt tənqid edib.

"Gördüyünüz kimi, oyunlar çox çətin keçir, asan matç yoxdur. Cavab görüşümüz də çətin olacaq. Həmin gün kim şanslıdırsa, qalib gələcək. ÇFR-in vurduğu birinci qoldakı kimi..Ayağına dəydi və qol oldu. Baş hakim isə evlərə şənlikdi. Bütün hüquqlarını onlardan yana istifadə edirdi. Belə bir şey ola bilməz".