"Neftçi"nin keçmiş prezidenti torpaq alqı-satqısına başlayıb

"Neftçi"nin keçmiş prezidenti torpaq alqı-satqısına başlayıb

2018-2023-cü illərdə "Neftçi"nin prezidenti olmuş Kamran Quliyevin menecerlik etdiyindən xəbərdarsız.

Sabiq klub rəhbəri biznes sferasını bir qədər də genişləndirib.

Azərbaycan futbolunda AFFA-nın keçmiş baş katibi Elxan Məmmədovun kadrı kimi tanınmış funksioner daşınmaz əmlakın alqı-satqısına başlayıb.

Məlumata görə, Quliyev əsasən irihəcmli və bahalı torpaqların satışına vasitəçilik edir.

Qeyd edək ki, ötən ilin iyulunda postundan göndərilən K.Quliyevin dönəmində "ağ-qaralar" 1 dəfə Azərbaycan çempionu olublar, 3 dəfə liqanın gümüş, 2 dəfə isə bürünc medallarını qazanıblar.

Mediasport.az