Qurban Qurbanov jurnalistlərlə günorta görüşəcək

Qurban Qurbanov jurnalistlərlə günorta görüşəcək

Avropa Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Molde” (Norveç) oyunundan öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.

Mediasport.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı sentyabrın 20-si saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

17:30-da isə “Azersun Arena”da media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın açıq məşqi 19:00-da, mətbuat konfransı isə 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.