Ramil Şeydayevə ŞOK CƏZA: 8 oyunluq diskvalifikasiya edilib
Futbol üzrə Azərbaycan milli komandası və Tailandın "Buriram Yunayted" klubunun hücumçusu Ramil Şeydayevə sərt cəza verilib.
Mediasport.az xəbər verir ki, Asiya Futbol Konfederasiyasının İntizam Komitəsi Çempionlar Liqasının qrup mərhələsinin "Qrintaun Jeyjan" klubu ilə qarşılaşmasında əlbəyaxa dava edən futbolçumuzu 8 oyunluq diskvalifikasiya edib.
Görüş başa çatandan sonra tribunadakı azarkeşlərdən birinin atdığı butılka Tailand klubunun futbolçusuna dəyib.
Bundan sonra ara qarışıb. Hər iki komandanın futbolçuları arasında kütləvi dava baş verib.
Şeydayev əlbəyaxa davada ciddi şiddət və zorakılığa məruz qalsa da, ən ağır cəzanı da məhz o alıb. Hadisədə iştirak edən digər futbolçular canlarını 2, 3 və 6 oyunluq cəza ilə qurtara biliblər.
Qeyd edək ki, Ramilin komandasının Çində keçirdiyi matç meydan sahiblərinin 3:2 hesablı qələbəsilə yekunlaşıb.