"Sumqayıt"la "Kəpəz" cərimə edilib
AFFA İntizam Komitəsi Premyer Liqanın iki klubunu cərimələyib.
Mediasport.az xəbər verir ki, "Sumqayıt" və "Kəpəz" Premyer Liqanın 23-cü tur matçlarına görə cərimə ediliblər.
"Gənclik şəhəri" təmsilçisi "Turan Tovuz"la (0:0) matçın 4 dəqiqə gec başlamasına görə 1500 manat ziyana düşüb. Samir Abasovun komandası meydana gec çıxdığı üçün görüşün davam etdirilməsi gecikib.
Komanda bununla yanaşı, meydana kənar şəxsin daxil olmasına görə də 800 manat cərimə ödəyəcək.
Gəncə klubu isə "Sabah"a səfərdə uduzduaqları (2:3) qarşılaşmada 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.