"Barselona"nın sabiq futbolçusu "Neftçi" ilə müqavilə bağladı - RƏSMİ

 "Barselona"nın sabiq futbolçusu "Neftçi" ilə müqavilə bağladı - RƏSMİ

“Neftçi” daha bir transferini hayata keçirib.

Mediasport.az xəbər verir ki, paytaxt klubu Seneqal əsilli ispaniyalı müdafiəçi Mustafa Seklə anlaşıb.

28 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

Həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında oynamağı bacaran Sek “Barselona”nın müxtəlif yaş qrupu komandalarında, “Latsio”, “Roma” və İtaliyanın digər klublarında çıxış edib,.

Son klubu “Portimonense” (Portuqaliya) olub.