Rafael Varan karyerasını bitirdi

  Rafael Varan karyerasını bitirdi

Fransa milli komandasının sabiq üzvü Rafael Varan karyerasını başa vurub.

Mediasport.az xəbər verir ki, keçmiş müdafiəçi bu barədə rəsmi "Instagram" hesabı vasitəsilə məlumat yayıb.

Varan yayda İtaliya A Seriyasının debütantı "Komo"ya keçmişdi. Burada cəmi bir oyuna çıxmışdı.

Fransalı karyerası ərzində ölkəsinin "Lans", İspaniyanın "Real", İngiltərənin "Mançester Yunayted" klublarında da çıxış edib.

O, 2013-2022-ci illərdə yığma komandada da oynayıb və dünya çempionu tituluna yiyələnib.