"...heç kim təxmin edə bilməzdi ki, hesab belə olacaq" - QONSALES
"Olimpiakos" Avropa Liqası qrup mərhələsinin üçüncü turunun oyununda doğma meydanda "Qarabağ"a 0:3 hesabı ilə məğlub olub.
MediaSport.az xəbər verir ki, Pirey təmsilçisinin baş məqşçisi Miçel Qonsales qurduqları planın 70-ci dəqiqədən sonra keçərli olmadığını deyib:
"Oyunla bağlı bir planımız var idi. Həmin plan xeyli müddət davam etdi, yerinə yetirilirdi. Bu proses 70-ci dəqiqəyə kimi davam etdi. 70-ci dəqiqədən sonra rəqib qol vurdu və bundan sonra sistem axarından çıxdı. İlk qolun ardınca fərdi səhv oldu, daha sonra ruh düşkünlüyü baş verdi. Bunların hamısı hesabın belə olmasına gətirib çıxardı. Amma 70-ci dəqiqəyə kimi heç kim təxmin edə bilməzdi ki, hesab belə olacaq".