Superliqada yeni mövsümün başlanacağı tarixi açıqlanıb

Superliqada yeni mövsümün başlanacağı tarixi açıqlanıb

Futbol üzrə Türkiyə Superliqasında 2024/2025-ci illər mövsümünün başlanacağı tarix açıqlanıb.

Mediasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat paylaşıb.

Bildirilib ki, çempionat avqustun 9-da start götürəcək.

Qeyd edək ki, cari liqada 26 turdan sonra 69 xal toplayan "Qalatasaray" birinci pillədə qərarlaşıb, ən yaxın izləyicisi "Fənərbağça" 67 xalla ikincidir.