Murad Musayev Premyer Liqada ötən ayın ən yaxşı məşqçisi seçildi
"Sabah"ın sabiq baş məşqçisi Murad Musayev Rusiya Premyer Liqasında oktyabrın ən yaxşı məşqçisi seçildi.
Mediasport.az xəbər verir ki, o, həmkarları Sergey Semak ("Zenit"), Martsel Liçka ("Dinamo", Moskva), Marko Nikoliç (ÇSKA), Dmitri Pyatibratovu ("Fakel") qabaqlayıb.
Mütəxəssis Premyer Liqanın ekspertləri, televiziya ekspertləri arasında keçirilən səsvermədə 1-ci, azarkeşlərin səsverməsində 2-ci olub. Musayevin çalışdırdığı "Krasnodar" ötən ay keçirdiyi hər üç görüşdə qalib gəlib.