Avropa Liqası: "Olimpiakos"u Bakıda neçə azarkeş dəstəkləyəcək?

Avropa Liqası: "Olimpiakos"u Bakıda neçə azarkeş dəstəkləyəcək?

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində oktyabrın 13-də "Qarabağ"ın qonağı olacaq "Olimpiakos" Bakıda dəstəksiz qalmayacaq.

MediaSport.az xəbər verir ki, yunanları ölkəmizdə azsaylı tərəfdarları dəstəkləyəcək.

Qonaq komanda Ağdam təmsilçisindən cəmi 50 bilet istəyib. Razılığa əsasən, 26-cı sektorun biletləri də "Qarabağ" tərəfdarları üçün satışa çıxarılıb. Həmin biletləri iticket.az və kassalardan almaq olar.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlanacaq.