AVRO-2028: Yarışa ev sahibliyi edəcək ölkələr müəyyənləşib
Futbol üzrə AVRO-2028 Böyük Britaniyada keçiriləcək.
Mediasport.az "Sky Sports"a istinadən xəbər verir ki, qitə birinciliyinə ev sahibliyini "krallığ"a daxil ölkələr (İngiltərə, Şotlandiya, Şimali İrlandiya, Uels) və İrlandiya edəcək.
Məlumata görə, əsas namizəd Türkiyə turniri keçirmək iddiasını geri götürüb.
UEFA-da yekun müraciətə müvafiq qaydada baxıldığı və oktyabrın 10-da Nyonda keçiriləcək İcraiyyə Komitəsinin iclasında rəsmən elan ediləcəyi gözlənilir.
Britaniya hökuməti artıq yarışı hansı şəhərlərdə və stadionlarda təşkil edəcəyini açıqlayıb.