Fatih Terim AFFA-dan fantastik məbləğ istəyib, "YOX" cavabı alıb
Futbol üzrə Azərbaycan milli komandasının vakant baş məşqçi postuna namizədlər sırasında əfsanəvi türkiyəli Fatih Terimin də adı var idi.
Lakin 70 yaşlı mütəxəssis, böyük ehtimal, yığmamızın baş məşqçisi olmayacaq.
Mediasport.az saytına verilən məlumata görə, menecerlərin AFFA-yə təqdim etdiyi Terim federasiyadan fantastik məbləğ istəyib.
2022-ci ilin yanvarından işsiz olan "İmperator" köməkçilərinin də məvacibi daxil illik 10 milyon manata yaxın maaş tələb edib.
AFFA-dan təcrübəli mütəxəssislə işbirliyində olan menecerə dərhal "yox" cavabı verilib.