Azərbaycanlı futbolçunun komanda yoldaşı ölkəsində girov götürülüb
Türkiyənin klubu "Tuzlaspor" klubunun futbolçusu Filip Qameli Avuku girov götürülüb.
Mediasport.az xəbər verir ki, məlumatı 1-ci Liqa təmsilçisinin rəsmi saytı paylaşıb.
Qana milli komandasının oyunu üçün ölkəsinə gedən 23 yaşlı müdafiəçi Türkiyəyə qayıda bilmir. Buna səbəb Türkiyə səfirliyinin oyunçuya viza verməməsidir. Avuku komandasının son üç oyununda iştirak edə bilməyib.
Klub problemlə bağlı belə bir açıqlama yayıb:
"Futbolçumuza niyə viza verilmir? Bunun bir açıqlaması var? Səfirlik telefonlarımıza cavab vermir. Futbolçumuz 15 gün ərzində üç rəsmi matçda iştirak etməyib. Türkiyə Futbol Federasiyası niyə səssiz qalıb?".
Qeyd edək ki, "Tuzlaspor"da Azərbaycan milli komandasının müdafiəçisi Bəxtiyar Həsənalızadə də çıxış edir.