Millimizin legioner futbolçuları turu qələbə ilə başa vurdular - VİDEO
Legioner həyatı yaşayan Azərbaycan millisinin üzvləri çıxış etdikləri komandalarda növbəti oyunlarına çıxıblar.
Mediasport.az xəbər verir ki, Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" "Sakaryaspor"u məğlub edib (3:2).
Diniyev oyuna start heyətdə başlayıb və 84-cü dəqiqədə əvəzlənib.
Vüsal İsgəndərlinin komandası "Boluspor" səfərdə "İstanbulspor" üzərində qələbə qazanıb (2:1).
Azərbaycanlı futbolçunun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
Eddi İsrafilovun komandası "Yohor Darul Tazim" "Selanqor"la matçda 3 xalı 3 cavabsız qolla qazanıb (3:0).
İsrafilov görüş start heyətdə başlayıb və sona qədər mübarizə aparıb.
27 oktyabr
Türkiyə 1-ci Liqası. 10-cu tur
14:30 "Bandırmaspor" - "Sakaryaspor" 3:2
20:00 "İstanbulspor" - "Boluspor" 1:2
Malayziya Superliqası. 14-cü tur
16:15 "Selanqor" - "Yohor Darul Tazim" 0:3