Dünya çempionatının finalının keçiriləcəyi stadion dəqiqləşib

Dünya çempionatının finalının keçiriləcəyi stadion dəqiqləşib

2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının final görüşünün keçiriləcəyi stadion dəqiqləşib.

Mediasport.az xəbər verir ki, mundialın həlledici qarşılaşması Madriddə yerləşən "Santyaqo Bernabeu" arenasında baş tutacaq.

Bu barədə məlumatı İspaniya mətbuatı yayıb.

Qeyd olunub ki, FİFA yaxın günlərdə xəbəri rəsmən açıqlayacaq.

Xatırladaq ki, DÇ-2030-a İspaniya ilə yanaşı, Portuqaliya, Mərakeş, Uruqvay, Paraqvay və Argentina da ev sahibliyi edəcək.