Şahruddinin komandası İstanbulda "Fənərbağça"nın qonağı olacaq

Şahruddinin komandası İstanbulda "Fənərbağça"nın qonağı olacaq

Türkiyə Superliqasında 31-ci turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutacaq.

Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin komandası "Adana Dəmirspor" İstanbul səfərində çempionluğa iddialı "Fənərbağça" ilə qarşılaşacaq.

Yarışın turnir cədvəlində Adana klubu 39 xalla 10-cu, "Fənərbağça" isə 79 xalla 2-ci sırada yer alıb.

Türkiyə Superliqası. 31-ci tur

3 aprel

18:00. "Sivasspor" - "Fatih Karagümrük"

21:30. "Kayserispor" - "Kasımpaşa"

21:30. "Fənərbağça" - "Adana Dəmirspor"

21:30. "Konyaspor" - "Trabzonspor".