"Ramilin komandaya çox xeyir verəcəyinə inamımız böyükdür"
"Düşünürəm ki, Ramil Şeydayev vuracağı qollar və məhsuldar ötürmələrilə komandamızın çempion olmasına töhfə verəcək".
Mediasport.az xəbər verir ki, bu sözləri Türkiyənin "Kocaelispor" klubunun prezidenti Engin Koyun deyib.
1-ci Liqa təmsilçisinin rəhbəri Ramil Şeydayevin transferi haqda danışıb, 28 yaşlı forvarddan gözləntilərinin yüksək olduğunu bildirib:
"Azərbaycan millisinin hücumçusunu heyətimizə qatdıq. Ramil camiəmız üçün xeyirli olsun. Komandaya çox xeyir verəcəyinə inamımız böyükdür".
Qeyd edək ki, Tailandın “Buriram Yunayted” klubundan ayrılan Ramil Şeydayev “Kocaelispor”la 1,5 illik müqavilə bağlayıb.