Belçika - Azərbaycan oyununu macar hakimlər idarə edəcəklər

Belçika - Azərbaycan oyununu macar hakimlər idarə edəcəklər

Noyabrın 19-da AVRO-2024-ün seçmə qrup mərhələsinin son oyunu çərçivəsində Brüsseldə keçiriləcək Belçika - Azərbaycan oyununu idarə edəcək hakimlər açıqlanıb.

Mediasport.az xəbər verir ki, qarşılaşma Macarıstandan olan Gerqo Boqara tapşırılıb.

Teodoros Georgiu və Balaş Şalai yan xətt hakimi olacaqlar. Dördüncü hakim funksiyasını Ferents Karako yerinə yetirəcək.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən Domeniko Tedeskonun komandası hazırda F qrupunda 17 xalla liderdir.

Millimiz isə 4 xalla 4-cü pillədə qərarlaşıb.