Ozanlı "Eindhoven"dən "heç-heçə"
Futbol üzrə Niderland birinci divizionunda 24-cü turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi "Eindhoven" növbəti oyununa çıxıb.
Ozanın 89 dəqiqə oynadığı matçda komandası "Emmen"lə heç-heçə edib (1:1).
Xatırladaq ki, "Eindhoven" hazırda yarışın turnir cədvəlində 31 xalla 13-cü pillədə qərarlaşıb.