Kulusevski: "Azərbaycan millisinə qalib gələcəyimizi düşünürük"

Kulusevski: "Azərbaycan millisinə qalib gələcəyimizi düşünürük"

İsveç millisinin hücumçusu Deyan Kuluşevski UEFA Millətlər Liqasının qrup mərhələsinin Azərbaycanla oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Mediasport.az xəbər verir ki, forvard "Bakıdakı 0:3 hesablı məğlubiyyəti necə xatırlayırsan?" sualını belə cavablandırıb:

"Bəzi oyunlar belə olur. Bu, futbolda normal haldır. Sabah da bizi çətin oyun gözləyir. Qalib gələcəyimizi düşünürük. Şanslarımız var".

Azərbaycan - İsveç oyunu sabah, 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.