Futbolçularından Samir Abasova: "Bratkalar", "oğulsuz", "umniça"...

Futbolçularından Samir Abasova: "Bratkalar", "oğulsuz", "umniça"...

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 21-ci turunda "Neftçi"ni məğlub edib (2:1).

Mediasport.az xəbər verir ki, 10 ildən sonra Mehdi Hüseynzadə adına yenilənmiş Sumqayıt şəhər stadionunda "ağ-qaralar"ı qəbul edən "Gənclik şəhəri" təmsilçisinin çalışdırıcısı Samir Abasovun idman köynəyi diqqət çəkib.

Belə ki, köynəyin üzərində təcrübəli mütəxəssisin məşq zamanı ən çox işlətdiyi sözlər yer alıb. Həmin köynək futbolçular tərəfindən Samir Abasova ad günü hədiyyə edilib.