İran millisinin futbolçusu ölkədəki etirazlara görə həbs edildi

İran millisinin futbolçusu ölkədəki etirazlara görə həbs edildi

İran milli komandasının üzvü Voria Qafuri həbs edilib.

mediasport.az xəbər verir ki, buna 35 yaşlı futbolçunun ölkədəki etirazlara görə hökuməti tənqid etməsi səbəb olub.

“Fulad”ın müdafiəçisi hazırda Qətərdəki Dünya çempionatında iştirak edən yığmanın əsas üzvü olsa da, milli komanda və dövlətə qarşı anti-kampaniya, həmçinin ölkədə baş verən iğtişaşları dəstəkləməkdə günahlandırılır.