Rauf 10 pillə irəlilədi, Şəhriyar gerilədi, Teymur mövqeyində qaldı

Rauf 10 pillə irəlilədi, Şəhriyar gerilədi, Teymur mövqeyində qaldı

Dünya Şahmat Federasiyası (FİDE) oktyabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan şahmatçılarından ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur.

39 yaşlı qrosmeysterimiz 2733 xalla 1 pillə geriləyərək 18-ci pilləyə düşüb.

Teymur Rəcəbov (2700) 31-ci pillədə qalıb, 10 addım irəliləyən Rauf Məmmədov (2643) 90-cı sıraya, Aydın Süleymanlı isə 2637 xalla 100-cü yerə yüksəlib.

Reytinqə 2831 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

Qadınlar arasında ən yaxşı göstəriciyə malik təmsilçimiz Günay Məmmədzadə bir pillə geriləyərək 2426 xalla 34-cü sıraya enib.

8 pillə irəliləyən Gövhər Beydullayeva (2402) 45-ci, bir pillə irəliləyən Ülviyyə Fətəliyeva (2383) 67-cidirsə, Xanım Balacayeva (2362) 21 pillə geriləyərək 83-cü mövqedə qərarlaşıb.

Qadınların sıralamasında lider 2633 xalla çinli Yufan Hudur.