"Vüqar Həşimov Memorial-2023" superturnirinin qalibi müəyyənləşib

"Vüqar Həşimov Memorial-2023" superturnirinin qalibi müəyyənləşib

İlk dəfə Qəbələdə keçirilən şahmat üzrə "Vüqar Həşimov Memorial-2023” superturniri başa çatıb.

Mediasport.az xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzində şahmatçılar bu gün 18 blits partiyada mübarizə aparıblar.

İlk gedişi Vüqar Həşimovun ailə üzvləri Ayxan Həşimov və Xanlar Allahverdiyev ediblər.

Rapid və blits yarışının yekunununda ümumilikdə 22 xal toplayan hindistanlı Vidit Santoş Qujrati turnirin qalibi olub.

Ondan 0,5 xal az toplayan həmyerlisi Arjun Eriqaisi ikinci yeri tutub. İlk “üçlüy”ü 19 xalla rumıniyalı Riçard Rapport tamamlayıb.

Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Rauf Məmmədov imza atıb. O, 18,5 xalla dördüncü pillədə qərarlaşıb.

Eyni xala malik Aydın Süleymanlı beşinci, hərəyə 18 xal toplayan Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov 6-7-ci yerləri tutublar.

Sonrakı pillələrdə müvafiq olaraq, 17 xalla niderlandlı Yorden Van Forest, 15 xalla Nicat Abasov, 10 xalla israilli Boris Gelfand qərarlaşıblar.