"Qarabağ"dan ilk qələbə
“Qarabağ” Türkiyədəki təlim-məşq toplanışında ilk qələbəsini qazanıb.
mediasport.az xəbər verir ki, Ağam təmsilçisi günün birinci qarşılaşmasında Serbiya klubu “Çukariçki”ni məğlub edib.
Azərbaycan çempionu rəqibini 1:0 hesabı ilə üstələyib, yeganə qolu 42-ci dəqiqədə Kevin Medina vurub.
Qurban Qurbanovun komandası bu gün daha bir oyunda qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 18:30-da başlanacaq görüşdə rəqib Polşa təmsilçisi “Poqon” olacaq.
Bununla da ağdamlıların Antalya toplanışı başa çatacaq. “Qarabağ” Türkiyədəki ilk yoxlama görüşündə “Rakuv”a (Polşa) 0:3 hesabı ilə uduzub.