Azərbaycanda maliyyə baxımından heç bir problem yox idi - RUMINİYALI
2013/2014-cü illər mövsümündə "Simurq"da çıxış etmiş Raul Kostin Azərbaycandakı günlərini yadına salıb.
mediasport.az xəbər verir ki, karyerasını bu yay başa vurmuş 37 yaşlı veteran futbolçu Rumıniya mətbuatına danışarkən ölkəmizdə yaxşı pullar qazandığını deyib.
Rumın yarımmüdafiəçi karyerası ərzində verdiyi qərarların doğru olub-olmadığını dəqiq izah edə bilməyib: "Seçim edərkən, bunun yaxşı və ya pis olduğunu əvvəlcədən bilməyəcəksiniz. Nəyisə dəyişə bilsəydim, “Vasluy”dan ayrılanda fərqli qərar verərdim. Həmin vaxtı bir neçə təklifim var idi. Amma mən Azərbaycana yollanmağı seçdim Xaricdə oynamaq istəyirdim, baxmayaraq ki, o vaxt çempionluğa oynayan güclü “Panduri”dən də təklif almışdım. Azərbaycanda işlərim yaxşı gedirdi. Orada yaxşı təcrübə qazandım, maliyyə baxımından heç bir problem yox idi. Liqanın səviyyəsi də pis deyildi. Məsələn, “Qarabağ”da 2014-cü ildə bu yana oynayan futbolçular var".
Kostin tarixə qovuşmuş Zaqatala klubunun heyətində 30 oyun keçirib, 3 qol vurub.