Renat Dadaşov 31 dəqiqə oynayıb, komandası səfərdə 1 xal qazanıb

Renat Dadaşov 31 dəqiqə oynayıb, komandası səfərdə 1 xal qazanıb

Türkiyə Super Liqasında 7-ci turun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" səfərdə "Sivasspor"la qarşılaşıb.

Oyunda qol vurulmayıb. Renat Dadaşov meydana 59-cu dəqiqədə çıxıb.

Hatay təmsilçisi 7 turdan sonra topladığı 11 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.