Estoniya - Azərbaycan oyununu İrlandiyalı hakim idarə edəcək
Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində Tallində Estoniyanın qonağı olacaq.
Mediasport.az xəbər verir ki, qarşılaşmanı İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, Estoniya - Azərbaycan oyunu 11 oktyabrda, Tallin şəhərindəki "Lilleküla" stadionunda keçiriləcək.
UEFA Millətlər Liqası. C Liqası. 1-ci qrup
11 oktyabr
20:00 Estoniya - Azərbaycan
Baş hakim: Rob Harvi.
Baş hakimin köməkçiləri: Robert Klarke, Ueyni MakDonnell
Dördüncü hakim: Rob Hennessi.
"Lilleküla" stadionu. Tallin, Estoniya.