Azərbaycanlı milyarderin oğlu klubun rəhbərliyindən getdi

Azərbaycanlı milyarderin oğlu klubun rəhbərliyindən getdi

Rusiyanın “Lukoil” neft şirkətinin qurucusu Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov “Spartak”ın Direktorlar Şurasını tərk edib.

Mediasport.az xəbər verir ki, bu barədə “RBC Sport” məlumat yayıb.

Bildirilir ki, bu qərar ABŞ Maliyyə Nazirliyi tərəfindən ona qarşı tətbiq edilən sanksiyalardan sonra verilib, məqsəd klubu riskə atmamaqdır.

ABŞ yanvarın 10-da Y.Ələkbərova qarşı yeni sanksiyalar tətbiq edib.

Neft şirkətinin klubun sahibi və baş sponsoru olduğunu nəzərə alsaq, qərarın doğru addım olduğu qeyd edilib.

Xatırladaq ki, Y.Ələkbərov Moskva klubunun Direktorlar Şurasına 2021-ci ildə daxil olub.

O, həmin il “Lukoil”in səhmlərinin 0.2%-nə yiyələnib.