Renat Dadaşov yeni klubunu salamladı: "Hatay, mən gəldim"

Renat Dadaşov yeni klubunu salamladı: "Hatay, mən gəldim"

"Qrasshopper"in Türkiyə Superliqası təmsilçisi "Hatayspor"a icarəyə verdiyi Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov yeni klubu barədə təəssüratlarını bölüşüb.

Mediasport.az xəbər verir ki, 24 yaşlı forvard sosial şəbəkə hesabında paylaşım edərək həyatında yeni səhifə açıldığını vurğulayıb.

2022-ci ilin yayından Sürix klubunda forma geyinən Dadaşov İsveçrə təmsilçisinə təşəkkür edib: "Kluba necə minnətdar olduğumu sözlə ifadə etmək asan deyil. “Qrasshopper”ə və azarkeşlərə qarşıdakı mövsüm üçün ən yaxşısını arzulayıram".

"Hatay, mən gəldim" paylaşımı ilə Türkiyə klubunu da salamlamağı unutmyaan Renat "Hatayspor"da mövsümün sonuna qədər çıxış edəcək.