Millimiz Latviyaya qalib gəlib
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Mediasport.az xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan U-21 Latviya ilə qarşılaşıb.
“Dalğa Arena”da baş tutan matç komandamızın minimal hesablı qələbəsilə yekunlaşıb - 1:0.
Qələbə topunu ilk hissədə Camal Cəfərov vurub.
Qeyd edək ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv noyabrın 21-də Avropa çempionatının seçmə mərhələsində Ukrayna ilə qarşılaşacaq. İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.