Çimərlik futbolu üzrə yığmamız yenə məğlub oldu - Avropa Oyunları

Çimərlik futbolu üzrə yığmamız yenə məğlub oldu - Avropa Oyunları

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Polşada keçirilən III Avropa Oyunlarında ikinci oyununa çıxıb.

MediaSport.az xəbər verir ki, "A" qrupunda ilk görüşündə Polşaya 2:7 hesabı ilə uduzan Zeynal Zeynalovun kollektivi bu dəfə Portuqaliya yığması ilə bacara bilməyib - 2:5.

Futbolçularımız qrupun son matçı çərçivəsində bu gün İspaniya komandası ilə qarşılaşacaqlar.