Renat Dadaşovun baş məşqçisi Volkan Dəmirəl istefaya göndərildi
Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor"da baş məşqçi istefası olub.
Mediasport.az xəbər verir ki, Volkan Dəmirəllə yollar ayrılıb.
2022-ci ildən klubu çalışdıran 42 yaşlı mütəxəssislə anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Hatayspor" Superliqada mövsümün sonuna 4 tur qalmış düşmə zonasında yerləşir.
Komanda 34 tura topladığı 33 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
Müqavilə ilə İsveçrənin "Qrasshopper" klubuna məxsus Dadaşov Türkiyə klubunun heyətində 2023-cü ilin sentyabrından icarə əsasında çıxış edir.