İnkişaf turniri: Milli komandamız Minskdə Belarus yığmasına qarşı

İnkişaf turniri: Milli komandamız Minskdə Belarus yığmasına qarşı

Bu gün Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf turnirində ilk oyununu keçirəcək.

Mediasport.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu komanda “ABFF Technical Center”də Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

Görüş Bakı vaxtilə saat 19:00-da başlanacaq.

Qeyd edək ki, U-17 turnir çərçivəsində Özbəkistan və Tacikistan milliləri ilə də gücünü sınayacaq.