U-19 bu dəfə Niderlanda uduzdu

U-19 bu dəfə Niderlanda uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası İspaniyada ikinci yoldaşlıq matçına çıxıb.

Mediasport.az xəbər verir ki, yığma Mursiya şəhərində Niderlandlı yaşıdlarına da məğlub olub (0:3).

Azərbaycan ilk yoldaşlıq görüşündə Şotlandiyaya uduzmuşdu - 2:0.

Millimiz üçüncü yoldaşlıq matçını 9 sentyabrda Uelsə qarşı keçirəcək.

Yoldaşlıq oyunu

6 sentyabr

Niderland (U-19) - Azərbaycan (U-19) 3:0