"Neftçi Arena"dan yeni VİDEO

"Neftçi Arena"dan yeni VİDEO

Premyer Liqa təmsilçisi "Neftçi"nin ev oyunlarını keçirdiyi "Neftçi Arena"da təmir işləri davam etdirilir.

Mediasport.az xəbər verir ki, yenilənmə prosesinin Azərbaycan Premyer Liqasının 7-ci turunun "Qarabağ"la keçirəcək ev oyununa kimi tamamlanması nəzərdə tutulub.

Klubun rəsmi sosial şəbəkə hesabında paylaşılan videoçarxda meydançanın ot örtüyünün bərpa edildiyi və tribunalardakı oturacaqların dəyişdirildiyi görülür.