Rəşad Sadıqovun komandası dünya reytinqində 127 pillə irəliləyib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya klublarının növbəti reytinqini açıqlayıb.
Mediasport.az xəbər verir ki, siyahıda planetin ən yaxşı 505 komandası yer alıb.
Azərbaycan 4 kollektivlə təmsil olunub ki, ən yaxşı göstərici ölkə çempionu "Qarabağ"a məxsusdur. Ötənaykı mövqeyini qoruyan Ağdam klubu 183 xalla dünyanın 48-ci komandasıdır.
"Zirə" böyük irəliləyişə nail olub. Rəşad Sadıqovun baş məşqçisi olduğu qəsəbə təmsilçisi 127 pillə irəliləyib. "Qartallar" 60,75 xalla 384-cü pilləyə yüksəliblər.
21 pillə geriləyən "Neftçi" 59,25 əmsalla 398-ci, 8 addım irəliləyən "Sabah" isə 58,25 xalla 405-ci yerdə qərarlaşıb.