Rəşid Avstriyadan "gümüş"lə qayıdır
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə gümüş medal qazanıb.
mediasport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı final görüşündə İsrail təmsilçisi Tohar Butbula məğlub olaraq ikinci yeri tutub.
Məmmədəliyev rəqibinə qızıl xal bölümündə cərimə balına görə uduzub.
İilk yarış günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal əldə etmişdi.