Cüdo Federasiya kəmər dərəcələri üzrə rəsmi imtahanlar keçirəcək

  Cüdo Federasiya kəmər dərəcələri üzrə rəsmi imtahanlar keçirəcək

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə sentyabr və oktyabrda region cüdoçuları üçün kəmər dərəcələri üzrə rəsmi imtahanlar təşkil ediləcək.

Mediasport.az xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün nəzərdə tutulub.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

İmtahanların təqvimi

22 sentyabr - Qusar Olimpiya İdman Kompleksi

26 sentyabr - Lənkəran Olimpiya İdman Kompleksi

1 oktyabr - Qax Olimpiya İdman Kompleksi

8 oktyabr - Ağcabədi Olimpiya İdman Kompleksi

11 oktyabr - Qazax Olimpiya İdman Kompleksi

18 oktyabr - Beyləqan Olimpiya İdman Kompleksi

19 oktyabr - Naxçıvan Olimpiya İdman Kompleksi