Ölkəmizi Portuqaliyada onlar təmsil edəcəklər - Yekun SİYAHI
Kişi cüdoçulardan ibarət Azərbaycan millisinin Portuqaliyanın Odivelaş şəhərində keçiriləcək Qran-pri turniri üçün heyəti müəyyənləşib.
Mediasport.az Beynəlxalq Cüdo Federasiyasının (İJF) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 26-28-da baş tutacaq yarışda 11 cüdoçumuz mübarizə aparacaq.
Baş məşqçi Rixard Trautmanın rəhbərliyi altında Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Zelim Tçkayev, Səid Mollayi (hər ikisi 81 kq) ), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Uşanqi Kokauri (+100 kq) yarışacaqlar.
Yarışın qalibi 700, ikincisi 490, üçüncü yeri tutan isə 350 reytinq xalı qazanacaq.
Qeyd edək ki, daha əvvəl qadın cüdoçulardan ibarət yığmamızın heyəti açıqlanmışdı - (https://mediasport.az/azerbaycan-millisinin-qran-pri-ucun-yekun-heyeti-aciqlanib).