"Risk etməyənlər Yeni il ərəfəsində şampan içməzlər" - Andrey Lunyov
“Meydanda sonadək döyüşəcəyimizə inanırdım. Rəqibin çox qol epizodu da olmadı, lakin komandamız uduzdu. Sonadək oynamaq və ən azı 1 xal qazanmaq istəyirdim".
Mediasport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyov deyib.
Təcrübəli qolkiper UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda Almaniyanın “Bayer” komandasına məğlub olduqları görüş (0:1) barədə danışıb.
Lunyov ölkəsinin “Match TV” kanalına açıqlamasında öz oyunundan razı qaldığını qeyd edib: “Məncə, yaxşı oynadım. Matçdan əvvəl əzələmdə mikrozədə var idi, ancaq ciddi deyildi. Düzdür, meydançaya çıxmaqla risk etdim, eybi yoxdur. Risk etməyənlər Yeni il ərəfəsində şampan içməzlər. Bu zədənin dizlə heç bir əlaqəsi yox idi".
Qeyd edək ki, Lunyov Leverkuzen klubu ilə oyunun son dəqiqələrində zədə alaraq meydanı tərk edib.